15 Noyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Təşkilat şöbəsi

 

Fəaliyyətinin əsas istiqamətləri

 

  • Müəssisə və təşkilatda çalışanları (tələbə və şagirdləri) ittifaqa üzvlüyə cəlb edir;
  • Həmkarlar ittifaqı komitəsinin işini planlaşdırır;
  • Hesabat-seçki iclaslarında (konfranslarda) deyilmiş təklif və tənqidi qeydləri ümumiləşdirir, tədbirlər planı tərtib edir;
  • Həmkarlar ittifaqı komitələrinin iclaslarını hazırlayır;
  • Həmkarlar ittifaqı komitəsinin qəbul etdiyi qərarların yerinə yetirilməsinə nəzarət edir;
  • Həmkarlar ittifaqı fəallarının  təhsilini təşkil edir;
  • Həmkarlar ittifaqı komitəsində kargüzarlıq işlərinin düzgün təşkilini həyata keçirir;
  • Həmkarlar ittifaqı təşkilatlarının qeydiyyatını aparır və təşkilatın sahələrinin keyfiyyətcə möhkəmlənməsini təşkil edir;
  • Həmkarlar ittifaqı sahəsində fərqlənən ittifaq üzvlərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması barədə təkliflər verir;
  • Həmkarlar ittifaqının və onun ayrı-ayrı orqanlarının fəaliyyəti ilə əlaqədar daha çox ittifaq üzvünün və təhsil işçisinin tanış olması məqsədilə geniş və hərtərəfli məlumat hazırlayır;
  • Məlumat xarakterli məsələlər, yeni qəbul edilmiş normativ sənədlərlə əlaqədar həmkarlar ittifaqı fəallarına, onun ayrı-ayrı orqanlarına metodiki köməklik göstərir;
  • Həmkarlar ittifaqı komitəsinin iclaslarını (konfransları, müşavirələri və digər yığıncaqları) protokollaşdırır;
  • Təşkilati işlərlə əlaqədar daxil olmuş ərizə, şikayət, sorğularla əlaqədar araşdırma aparır, öz təkliflərini verir;
  • Həmkarlar ittifaqının möhkəmlənməsi və nüfuzunun artması üçün müxtəlif müsabiqə, yarış və treninqlərin keçirilməsini təşkil edir;
  • Kollektiv müqavilənin yerinə yetirilməsində yaxından iştirak edir;