23 İyun 2018

Sorğu

Nəticələr

Axtarış

Müraciət

Əməyin mühafizəsi şöbəsi

 

 Fəaliyyətinin əsas istiqamətləri

 

  •  İş yerlərinin, keçidlərin, binaların, ərazinin və s. yerlərinin, eləcə də istismar olunan avadanlıqların, yükqaldırıcı və nəqliyyat vasitələrinin texnoloji proseslərin əməyin mühafizəsi tələblərinə cavab verməsi vəziyyətini müntəzəm yoxlayır;
  • Zərərli, yanğın və partlayış təhlükəli maddələrin və materialların düzgün daşınması, saxlanması və istifadə edilməsinə, radioaktiv şüalanma mənbələrinə nəzarət edir;
  • İş yerlərində sanitar-gigiyenik əmək şəraitini və vəziyyətini (istilik-rütubət rejimini, hava mühitinin tozlanması və qazlanmasını, işıqlanmanı və s.) işləyənlərin sanitar-məişət otaqları, qurğuları ilə təmin olunması və onların saxlanması vəziyyətini yoxlayır;
  • Yeni tikilən və yenidən qurulan istehsalat və məişət təyinatlı obyektlərin əməyin mühafizəsi qaydalarına uyğunluğunu yoxlayır;
  • Təlimatların keçirilməsinə, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, təşkili və bu işlərin keyfiyyətli aparılmasına, yüksək təhlükəli işlərdə işləyənlərə müvafiq vəsiqələrin və naryad-buraxılışların verilməsinə nəzarət edir;
  • Əmək xəsarəti və peşə xəstəliklərinin səbəblərini təhlil edir, onların aradan qaldırılmasına dair tədbirlərin, Dövlət əmək müfəttişliyinin, müəssisələrin əməyin mühafizəsi xidmətinin göstərişlərinin, ictimai təşkilatların və həmkarlar ittifaqları tərəfindən bu işə vəkil edilmiş şəxslərin əməyin mühafizəsinə dair təqdimatlarının yerinə yetirilməsinə nəzarət edir;
  • Əgər əmək xəsarəti yalnız müəssisənin təqsiri üzündən deyil, həm də zərərçəkənin kobud ehtiyatsızlığı üzündən baş veribsə, işəgötürən zərərçəkənin təqsirinin dərəcəsini müəyyən etdikdə əməyin mühafizəsi komissiyası bu barədə rəy verir. Komissiyanın rəyi işəgötürən tərəfindən hökmən nəzərə alınmalıdır.
  • İşləyənlərin vaxtlı-vaxtında pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri ilə tə¬min edilməsi və onlara qulluq olunmasına (təmiri, təmizlənməsi, yuyulması, tozunun təmizlənməsi və s.) nəzarət edir;
  • İş rejimi, istirahət vaxtı, qadın və gənclərin əməyin mühafizəsinə, yuyucu və dezinfeksiya edici materialların, müalicəvi-profilaktik qidaların verilməsindən, içməli su rejiminin təşkili və eləcə də istehsalatda xəsarət almış işçilərin səhhətinə dəyən zərərə görə ödənclərin vaxtlı-vaxtında və düzgün verilməsinə, qanunvericiliyə əməl olunmasına nəzarət edir;
  • Əməyin mühafizəsinə dair Sazişlərin və Kollektiv Müqavilənin müvafiq bölməsinin işlənib hazırlanmasında və yerinə yetirilməsinin yoxlanmasında, əməyin mühafizəsinin təmin olunmasına dair tədbirlərin həyata  keçirilməsində, müəssisənin payız-qış mövsümündə işə hazırlanmasında, iş yerlərinin attestasiyadan keçirilməsi işində iştirak edir. Əməyin mühafizəsi üçün nəzərdə tutulmuş vəsaitdən düzgün istifadə olunmasına nəzarət edir;
  • Ayrı-ayrı normativ sənədlərin layihələrinə əməyin mühafizəsinin aktual məsələlərinə və eləcə də həmkarlar ittifaq üzvlərinin ərizə və şikayətlərinə baxır və lazımi hallarda müvafiq həmkarlar ittifaqı komitəsinə, sex komitəsinə (həmkarlar bürosuna) təklif verir;
  • Əməyin mühafizəsinə dair təşkilati tədbirlərin (baxış, müsabiqələr, reydlər, əməyin mühafizəsi günü və s.) hazırlanmasında və keçirilməsində iştirak edir, təbliğat vasitələrinin olmasını və vəziyyətini əməyin mühafizəsi üzrə kabinetin işini, təhlükəsizlik texnikası üzrə lövhə və guşələrin təşkili vəziyyətini yoxlayır;
  • Əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin işini təşkil edir.