25 Sentyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

ATİAHİ Respublika Komitəsi və Ukrayna Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı



ƏMƏKDAŞLIQ HAQQINDA

M  Ü  Q  A  V  İ  L  Ə


   Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Ukrayna Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

− ictimai həyatın iqtisadi, sosial, mədəni və digər sahələrində hərtərəfli inteqrasiyaya yönələn kursun davamlı həyata keçirilməsində fəal iştirak etmək üçün çalışaraq,
− həmkarlar ittifaqı həmrəyliyini və qarşılıqlı səmərəli əməkdaşlıq prinsiplərini həyata keçirərək,
− Tərəflər qarşılıqlı bərabərlik və müstəqilliyə hörmət edərək, ümumi qəbul olunmuş demokratik prinsiplərə və beynəlxalq normalara uyğun hərəkət edərək aşağıdakılarla bağlı razılığa gəldilər.

 
Maddə 1

   Bu Müqavilənin məqsədləri aşağıdakılardır:
− Elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi;
− təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması;
− Həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması;
− Tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi.

Maddə 2
− Tərəflər elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərini birləşdirir və fəaliyyətlərini əlaqələndirirlər, həyata keçirilən islahatların
sosial istiqaməti üzrə müştərək təkliflər və tövsiyələr hazırlayırlar.

Maddə 3
− Müqavilə  tərəfləri həmkarlar ittifaqı üzvlərinin həyat səviyyəsinin yüksəldilməsi, hüquqlarının müdafiəsində, tam və effektiv məşğulluq uğrunda, işəgötürənlər tərəfindən onların maraqlarının pozulmasına qarşı mübarizədə həmrəylik göstərəcəklər. Bu məqsədlə tərəflər öz ölkələrinin qanunlarının yol verdiyi qaydada qarşılıqlı dəstək aksiyaları keçirəcəklər.

Maddə 4

− Tərəflər zərurət olarsa öz ərazisində digər ölkənin həmkarlar ittifaqı üzvlərinə maddi, hüquqi və digər köməklik göstərmək haqqında öhdəlik götürürlər.

 
Maddə 5
− Tərəflər həmrəylik nümayiş etdirərək təbii fəlakət və digər fövqəladə hallar zamanı imkanları daxilində qarşılıqlı yardım göstərilməsi haqqında öhdəlik götürürlər.

Maddə  6
− Bu Müqavilə ikitərəfli razılaşmadır və Tərəflərin digər həmkarlar birlikləri ilə münasibətlərinə toxunmur.
− Sazişi imzalayan tərəflər qarşı Tərəfə zərər vura biləcək addımlar atmamaq haqqında üzərilərinə öhdəlik götürürlər.
− Tərəflər zərurət yarandığı təqdirdə bu Müqavilənin həyata keçirilməsi ilə bağlı danışıqlar aparacaqlar.  

Maddə 7
− Müqavilə Tərəflər arasında 4 il müddətinə bağlanır. Əgər Tərəflərdən hər hansı biri göstərilən müddətə 3 ay qalmış Müqaviləni ləğv etmək istəyini qarşı tərəfə yazılı şəkildə bildirməzsə onun şərtləri növbəti müddətə uzadılır.
− Tərəflərdən hər biri bu Müqavilənin və ya onun ayrı-ayrı maddələrinin qüvvədən düşməsi haqqında danışıqlara başlamaq üçün təşəbbüs hüququnu özündə saxlayır.

Maddə 8

− Bu Müqavilənin müddəalarının həyata  keçirilməsi üzrə konkret tədbirləri Tərəflər müəyyən edir.
− Tərəflər bu Razılaşmanın yerinə yetirilməsinə nəzarəti daim təmin edirlər.
− Tərəflərin qarşılıqlı razılığı ilə Müqaviləyə əlavələr və dəyişikliklər edilə, həmçinin onun müddəaları pozulduğu təqdirdə Müqavilə ləğv edilə bilər.

 

  

Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlarİttifaqının sədri
S. S. Mehbalıyev
Ukrayna Elm və Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqının prezidenti
V. Fundovnyi