21 İyun 2018

Sorğu

Nəticələr

Axtarış

Müraciət

Məclis - ümumi məlumat


           Respublika Komitəsi öz səlahiyyəti daxilində olan məsələləri müzakirə etmək və müvafiq qərar qəbul etmək üçün ildə bir dəfədən az olmayaraq Məclis çağırır.
           Məclis Respublika Komitəsi üzvlərinin üçdə ikisindən az olmayaraq iştirak etdikdə səlahiyyətli hesab edilir. Məclisin çağırılması üçün əsas Rəyasət Heyətinin qərarı sayılır. Məclis eyni zamanda Respublika Komitəsi üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə də çağırıla bilər. Bu zaman təkliflər yazılı şəkildə  Rəyasət Heyətinin müzakirəsinə verilir. Əgər Məclisin çağırılmasının zəruriliyini təsdiq edən əsas olarsa Rəyasət Heyəti Məclisin çağırılması haqqında qərar qəbul edir.
           Məclisin gündəliyinin layihəsi və iş qaydası Rəyasət Heyəti tərəfindən təklif olunur və Məclisdə təsdiq olunur. Respublika Komitəsinin hər bir üzvü Məclisin gündəliyi ilə əlaqədar öz fikrini və təklifini sərbəst şəkildə söyləyə bilər və tənqidi qeydlərini yazılı şəkildə də təqdim edə bilər. Rəyasət Heyəti Respublika Komitəsi üzvlərinə Məclisin keçirildiyi yer, vaxt və onun gündəliyi barədə əvvəlcədən məlumat verir. Məclisin müzakirəsinə verilən məsələlərin hazırlanması üçün Respublika Komitəsi üzvlərindən ibarət işçi qruplar, komissiyalar yaradıla bilər.
           Rəyasət Heyəti Respublika Komitəsi üzvlərinə Məclisin müzakirəsinə verilən məsələlər üzrə sənəd və materiallarla əvvəlcədən tanış olmaq imkanı verir.