20 Oktyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Rəyasət Heyətinin Səlahiyyəti

 
           Rəyasət Heyəti məclislərarası müddətdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı konfransı (qurultayı), Respublika Komitəsi Məclisi tərəfindən  müəyyən  olunmuş vəzifələri və həmkarlar ittifaqının fəaliyyətinə dair cari rəhbərliyi həyata keçirir.
           Rəyasət Heyəti həmkarlar ittifaqı Respublika Komitəsi adından dövlət, təsərrüfat və başqa orqanların həmkarlar ittifaqı üzvlərinin və həmkarlar ittifaqı təşkilatlarının  mənafelərini pozan və mövcud qanunvericiliyə zidd olan qərarlarının ləğv və ya dəyişdirilməsini tələb edir;
          Qanunvericilikdə müəyyən edilmiş qaydada işverənlərə və onların nümayəndələrinə tələblər irəli sürür, tətilləri elan və ona rəhbərlik edir, tətillərin dayandırılması, yenidən başlanılması haqqında qərar qəbul edir, həmçinin bu hərəkətləri əlaqələndirir;
           Təsərrüfat və ya yoldaşlıq cəmiyyətlərində həmkarlar ittifaqının iştirakı, qeyri-kommersiya və digər təşkilatların yaradılması haqqında qərar qəbul edir;
           Beynəlxalq həmkarlar ittifaqı birlikləri ilə əlaqələri həyata keçirir, həmrəylik kompaniyalarında iştirak edir, həmkarlar ittifaqı təşkilatlarına xarici həmkarları ilə qarşılıqlı, əlverişli əlaqələri qurur və inkişaf etdirir;
           Həmkarlar ittifaqı təşkilatlarına metodiki, təşkilati  məsləhət xarakterli hüquqi yardım göstərir, həmkarlar ittifaqı kadrlarının təhsilini təşkil edir, həmkarlar ittifaqı işinin təcrübəsini ümumiləşdirir və  yayır;
           Sahə sazişinin (müqaviləsinin) bağlanmasında və dəyişiklik edilməsində, kollektiv danışıqların aparılmasında iştirak etməyə həmçinin sosial-əmək münasibətlərinin tənzimlənməsi komissiyasının tərkibinə nümayəndələri təsdiq edir;
           Sahə üzrə sosial sığorta büdcəsinin, həmkarlar ittifaqı büdcəsinin, sanatoriya və istirahət evlərinə yollayışların bölüşdürülməsi planını təsdiq edir;
           Respublika Komitəsi aparatının şöbə müdirlərini və işçilərini vəzifəyə təsdiq edir və tutduqları vəzifələrindən azad edir;
           Həmkarlar ittifaqı komitələrinə əmək haqqı fondu daxilində ştat vahidləri ayrılması, avadanlıq alınması, yararsız hala düşmüş kitabların, idman mallarının və s. əmlakın hesabdan silinməsi, onların digər həmkarlar ittifaqı təşkilatlarının balansına verilməsi məsələlərinə baxır;
           Təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir, həmkarlar ittifaqı pul vəsaitlərini təsdiq olunmuş smetaya müvafiq olaraq xərcləyir, ona verilmiş səlahiyyətlər çərçivəsində həmkarlar ittifaqı əmlakının alınması və ya satılması ilə əlaqədar əməliyyatların başa çatdırılması haqqında qərar qəbul edir;
           Həmkarlar ittifaqı birliklərinə üzvlük haqlarının vaxtında və  tam köçürülməsini təmin edir;
           Həmkarlar ittifaqı və onun orqanlarının fəaliyyətinin aşkarlığını təmin edən təşviqat işi aparır;
           Respublika Komitəsinə daxil olan məlumat və statistik hesabatları ümumiləşdirir və təhlil edir;
           Həmkarlar ittifaqı təşkilatlarının qeydiyyatını təşkil edir; Həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçkilərin hazırlanması və keçirilməsi qaydası haqqında təlimatı təsdiq edir, onların keçirilmə vaxtını müəyyənləşdirir;
           Həmkarlar ittifaqı sədrinin təklifi ilə Respublika Komitəsi aparatının ştat cədvəlini təsdiq edir;
           Həmkarlar ittifaqı işçilərinə və fəallarına həmkarlar ittifaqı fərqlənmə nişanlarının, fəxri adların verilməsi haqqında məsələ qaldırır;
           Həmkarlar ittifaqı üzvlüyündən çıxarılma haqqında qərar qəbul edə bilər;
           Respublika Komitəsinin ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.

                        Rəyasət Heyəti Respublika Komitəsi Məclisinin müzakirəsinə təkliflər verir:

- Məclisin gündəliyinin və reqlamentinin layihəsini;
- Konfransın (qurultayın) çağırılması, onun gündəliyinin və reqlamentinin layihəsini, hesabat məruzəsinin layihəsini;
- Konfransa (qurultaya) nümayəndələr seçilməsi qaydasını;
- Respublika Komitəsi strukturunun təsdiq olunmasını;
- Respublika Komitəsi üzvünün statusu layihəsi haqqında;
- Respublika Komitəsi aparatının şöbə müdirlərinin təsdiq olunması və tutduqları vəzifələrdən azad edilməsi haqqında.