Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Ümumi məlumat


           ATİAHİ Respublika Komitəsinin tərkibinə Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş normaya uyğun olaraq eyni sahənin vilayət, rayon, şəhər həmkarlar ittifaqı təşkilatlarının, eləcə də Təhsil Nazirliyi sistemində olan ali və orta ixtisas  məktəbləri həmkarlar ittifaqı təşkilatlarının konfrans və yığıncaqlarında birbaşa seçilmiş və Məclis tərəfindən təsdiq edilmiş nümayəndələr daxildir. Eyni qaydada da Respublika Komitəsinin nümayəndələri geri çağırılır və əvəz olunur.
           Respublika Komitəsinin səlahiyyəti beş ildə bir dəfə keçirilən konfrans (qurultay) tərəfindən təsdiq olunur və onun qarşısında  hesabat verir. O, öz fəaliyyəti ilə əlaqədar dövlət və təsərrüfat orqanlarından, siyasi və ictimai təşkilatlardan asılı deyil və onlara hesabat vermir.
           Respublika Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa, həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan  qanunvericilik aktlarına və ATİAHİ-nin Nizamnaməsinə uyğun həyata keçirir.    
     
           Ittifaqın Respublika komitəsi:
 


           Respublika Komitəsi aparatının strukturu Məclis tərəfindən təsdiq olunur və aparat işçiləri öz işlərində Rəyasət Heyətinin təsdiq etdiyi vəzifə səlahiyyətlərini rəhbər tuturlar

           İttifaqın Respublika Komitəsi təşkilati məsələləri həll etmək və Məclislərarası dövrədə işə rəhbərlik etmək üçün sədr və Rəyasət heyəti üzvlərini seçir, səsvermənin qaydasını müəyyənləşdirir.

           İttifaqın Respublika Komitəsi qurultay (konfrans) qarşısında, Respublika Komitəsinin üzvləri isə onları seçmiş və ya birbaşa göndərmiş təşkilat qarşısında hesabat verirlər.

 

 





Çap et  Çap et