Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir
«Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq müəssisənin mülkiyyət formasından asılı olmayaraq əmək müqaviləsi ilə Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardım xidməti göstərmək, onların əmək
ATİHİ Respublika Komitəsinin Reqlamenti,ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat,ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.
Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının VIII Qurultayı keçirilib
Sentyabrın 29-dan oktyabrın 2-dək Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının VIII Qurultayı keçirilib.Qurultayda Almaniya, Niderland, Çexiya, Slovakiya, Bosniya-Hersoqovina, Türkiyə, Sloveniya, İtaliya, Yunanıstan, Macarıstan, Rumuniya, Avstyadan olan həmkarlar ittifaqları nümayəndələri, Albaniya təhsil, idman və gənclər nazirinin müavini Kostandin Şkurti, Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyinin sədri Gezim Kalaya və Beynəlxalq Təhsil Birliyinə üzv olan milli təşkilatların liderləri iştirak ediblər.Tədbirdə ölkəmizi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri, katib Zəfər Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ATİAHİ Laçın rayon komitəsinin sədri Pərviz Xaspoladlı, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov təmsil ediblər.Qurultayda Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Nevruz Kaptellinin məruzəsi dinlənilmiş və qənaətbəxş hesab olunub. N.Kaptellinin namizədliyi yenidən sədr vəzifəsinə irəli sürülüb və o, səs çoxluğu ilə növbəti müddətə İttifaqın sədr seçilib.Qurultayda çıxış edən Z.Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin adından Qurultay iştirakçılarını salamlayıb, yeni sədrə və İdarə heyəti üzvlərinə uğurlar arzulayıb.Bildirib ki, bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri var: “Təbii ki, təşkilatlarımız arasında əlaqələrin bu səviyyədə qurulmasının əsasında ilk növbədə dövlətlərimiz və xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri dayanır. Belə ki, 4 yanvar 1992-ci ildə Albaniya Azərbaycanın müstəqilliyini tanıyıb. 23 sentyabr 1993-cü ildən iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2010-cu ildən Azərbaycan Parlamentində Azərbaycan-Albaniya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qeyd edim ki, Albaniya ilə Azərbaycan arasında humanitar, iqtisadi sahədə də geniş əlaqələr mövcuddur”.Z.Məmmədov əlavə edib ki, TAP qaz boru kəməri layihəsində hər iki ölkənin iştirakı ölkələrimiz arasında həm enerji, həm də iqtisadi sahədə münasibətlərin daha da inkişaf etməsini təmin edir: “Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, fəaliyyətlərin əlaqələndirilməsi və s. məsələlər öz əksini tapıb. Ümid edirik ki, təşkilatlarımız arasındakı ikitərəfli münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir”.Z.Məmmədov vurğulayıb ki, qurultayda qəbul olunan qərarlar Albaniyanın təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin daha etibarlı və davamlı müdafiə olunması üçün son dərəcə əhəmiyyətlidir və əmin olduğunu bildirib ki, seçilən yeni sədr və İdarə heyətinin üzvləri işlərinin öhdəsindən ləyaqətlə gələcəklər.
04.10.2023
Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB
27.09.2023
Salyan-Şirvan Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə bağlanıb
Salyan-Şirvan Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayon komitələrinin sədrləri arasında 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb. Salyan-Şirvan Regional Təhsil İdarəsində təşkil edilmiş mərasimdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də iştirak edib. Tədbirdə çıxış edən M.Cəfərzadə Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ATİAHİ Respublika Komitəsi arasında imzalanmış Kollektiv Saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan kollektiv müqavilə çərçivəsində görülən işlərdən danışıb, tövsiyələrini verib. Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.Tədbirdə həmçinin Salyan-Şirvan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, ATİAHİ rayon komitələrinin sədrləri çıxış ediblər. IMG_20230926_151138.jpg 3.05 MBIMG_20230926_151121.jpg 2.99 MBIMG_20230926_151554.jpg 3.18 MB
27.09.2023
Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə Kollektiv Müqavilə imzalanıb
Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon komitələrinin müdirləri arasında keçirilən görüşdə 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb.Müqaviləni Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və komitə sədrləri imzalayıb.Görüş zamanı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ATİAHİ Respublika Komitəsi arasında imzalanmış Kollektiv Saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan Kollektiv Müqavilə çərçivəsində görülən işlərdən danışılıb. Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
26.09.2023
Bizimlə əlaqə