Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir
«Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq müəssisənin mülkiyyət formasından asılı olmayaraq əmək müqaviləsi ilə Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardım xidməti göstərmək, onların əmək
ATİHİ Respublika Komitəsinin Reqlamenti,ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat,ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Sovet imperiyasının Bakıda törətdiyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi, həmçinin üzv və tabe təşkilatların əməkdaşları Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.IMG_7620.png 3.39 MBIMG_7623.png 3.78 MBIMG_7671.png 4.25 MBIMG_7686.png 4.02 MBIMG_7516.png 4.25 MBIMG_7605.png 4.8 MB
20.01.2025
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında memorandum imzalanıb
17 yanvar 2025-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında əməkdaşlığa dair memorandum imzalandı. Bu memorandum, tərəflər arasında təhsil sahəsində işçilərin hüquqlarının qorunması və həmkarlar ittifaqına üzvlük məsələlərində səmərəli əməkdaşlığın təmin edilməsini nəzərdə tutur.Memoranduma əsasən, ATİB üzvü olan təhsil müəssisələrində çalışan işçilərin ATİAHİ-yə üzv olmağa təşviq edilməsi və onların əmək hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq həmçinin təhsil işçilərinin hüquqlarının müdafiəsi, kollektiv müqavilələrin hazırlanması və üzvlük proseslərinin asanlaşdırılması məsələlərini əhatə edəcək. ATİAHİ, həmkarlar ittifaqına üzv olmaq istəyən işçilərə dəstək verərək onların hüquqlarını qorumaq üçün müvafiq addımlar atacaq.Memorandum çərçivəsində tərəflər arasında əlaqələrin davamlı olaraq gündəmdə saxlanması və inkişaf etdirilməsi, həmçinin digər zəruri məsələlərin həlli üçün qarşılıqlı əməkdaşlıq təmin olunacaq.Tədbirdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ATİB İdarə Heyətinin üzvü və Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Araz Hətəmzadə, ATİB İdarə Heyətinin üzvü və Turan Legal birliyinin sədri Araz İsmayılov, Evrika liseyinin direktoru Ofeliya Muradova və ATİB İdarə Heyətinin digər rəsmi nümayəndələri iştirak edirdilər.Tədbirin sonunda, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov arasında əməkdaşlıq memorandumunun rəsmi imzalanması baş tutdu. Bu addım, təhsil işçilərinin hüquqlarının qorunması, həmkarlar ittifaqına üzv olma proseslərinin təkmilləşdirilməsi və təhsil müəssisələrində işçilərin rifahının artırılması istiqamətində mühüm bir irəliləyişdir.Bu memorandum həmkarlar ittifaqları və iş adamları birlikləri arasında əməkdaşlığın gücləndirilməsi üçün möhkəm bir təməl yaradacaq və gələcəkdə bu sahədə daha geniş layihələrin həyata keçirilməsinə zəmin hazırlayacaqdır.IMG_7458.png 3.04 MBIMG_7420.png 2.89 MBIMG_7423.png 2.5 MBIMG_7431.png 2.73 MB
17.01.2025
Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) rəsmi görüşlər keçirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizə səfər etmiş Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əlini qəbul edib. Daha sonra Somali rəsmisi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev ilə görüşüb.Görüş zamanı təhsil sahəsində həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafı, layihələrin icrası və qarşılıqlı təcrübə mübadiləsi müzakirə edilib.E21A7104.JPG 4.48 MBE21A7114.JPG 2.77 MBE21A7118.JPG 3.61 MB
14.01.2025
Şəhid övladları tərəfindən bir ilk: "Möcüzələr diyarına..." adlı tamaşanı onlar təqdim etdilər
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, “Yonca” Estetik İnkişaf Mərkəzinin və “Zəfər sədası” xor qrupunun təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Möcüzələr diyarına...” adlı tamaşanın premyerası baş tutub. Premyera əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. e04761a6-08fc-4cab-83b1-9bdc6d09dc1c.jpg 331.76 KBTamaşadan öncə Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.“Yonca” Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib. Vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə sahib çıxılmasında bizə düşən pay şəhidlərimizin övladlarının vaxtlarının səmərəli keçirilməsi, istedadlarının üzə çıxarılması və milli ruhda yetişdirilməsi hər birimizin borcudur."Zəfər sədası" layihəsinin rəhbəri Həcər Əkbərova tamaşanın təşkilinə dəstək göstərən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevə təşəkkürünü bildirib.Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək Vətənimiz, torpaqlarımız uğrunda canından keçən igidlərimizin qəhrəmanlığından söz açıb. Millət vəkili qeyd edib ki, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərən Şəhidlərimizin uşaqları unudulmur: “Şəhid və qazi ailələri, onların övladları dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid yadigarları Vətənə əmanətdirlər.”IMG_6270.jpg 726.71 KBÇıxışının sonunda Vüqar İskəndərov tədbirin təşkilatçılarına, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.b3691548-a076-4dc1-86da-edd27f3cb34e.jpeg 108.28 KBSonra "Möcüzələr diyarına..." adlı tamaşa nümayiş olunub. “Zəfər sədası” xor qrupundan ibarət Şəhid övladları ilk dəfə olaraq səhnədə aktyor kimi çıxış ediblər.5-14 yaşlı uşaqların səhnələşdirdikləri rollar müxtəlif nağıl qəhrəmanlarını canlandırıblar. Tamaşa iki uşağın - Cəsur və Ziynətin nənəsi ilə söhbətlə başlayıb. Tamaşadakı baş qəhrəmanlar bir neçə zamana səyahət edərək maraqlı personajlarla tanış olublar. Müxtəlif nağıl qəhrəmanları möcüzələr diyarına düşən uşaqlar canlandırdıqları nağıl obrazları ilə birgə maraqlı oyunların içində iştirak ediblər. WhatsApp Image 2025-01-11 at 17.25.13 (2).jpeg 536.92 KBTamaşadan sonra “Zəfər Sədası” xor qrupu tərəfindən şanlı Ordumuzun Zəfər tarixindən və milli mənəvi dəyərlərimizdən bəhs edən şeirlər, musiqilər səsləndirilib.WhatsApp Image 2025-01-11 at 17.25.13 (1).jpeg 520.09 KBSonda tədbirdə iştirak edən 500-dən çox uşağa ATİAHİ tərəfindən hədiyyələr təqdim olunub.WhatsApp Image 2025-01-11 at 17.25.11 (2).jpeg 860.42 KB185ec25a-3f72-4999-acc6-a2b501b8ff84.jpg 406.33 KBIMG_6288.jpg 460.94 KB9350fe96-cf60-4652-bcb6-3eda06858d69.jpg 410.81 KBf93d7748-9cb3-41fb-a2e3-cffa22179d82.jpeg 179.9 KB
11.01.2025
Bizimlə əlaqə